Ölkə futbolu
“Turan Tovuz” “Huner Group”la sponsorluq müqaviləsi imzaladı
Bu gün “Turan Tovuz" ilə "Huner Group" arasında əməkdaşlıq (sponsorluq) müqaviləsi imzalanıb.
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə "Huner Group"un təsisçisi Ehtiram Quliyev, "Turan Tovuz" FK-nin İdarə Heyətinin sədri Rəşid Məhərrəmov, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev iştirak edib və digər şəxslər iştirak ediblər.
İmzalanma mərasimində çıxış edən Rəşid Məhərrəmov əvvəlcə Türkiyədə baş verən zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Komandanın tarixi barədə danışan Rəşid Məhərrəmov müstəqillik dövründə Tovuz təmsilçisinin çıxışına toxunub. O, “Turan Tovuz"un 9 illik fasilədən sonra ötən il Premyer Liqaya qayıtdığını xatırladıb. Rəşid Məhərrəmov bunda Futbolun İnkişafı Fondunun da rolu olduğunu vurğulayıb.
Klubun yaradıcısı Vidadi Əhmədov isə öz çıxışında “Huner Group”la əməkdaşlığın uğurlu olacağına inandığını deyib. O, kluba verilən bu dəstəyin komandanın və ümumilikdə Tovuz futbolunun inkişafında xüsusi rola malik olacağını qeyd edib.
Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev sözügedən sponsorluq müqaviləsinin, atılan bu addımın uzunömürlü olması üçün çalışacaqlarını vurğulayıb. FİF rəhbəri bu tərəfdaşlığın digər bölgələrdə futbolun inkişafına təsir göstərəcəyinə ümid etdiyini bildirib.
“Huner Group"un təsisçisi Ehtiram Quliyev çıxışında əvvəlcə Türkiyədə baş verən zəlzələyə görə qardaş xalqa başsağlığı verib. “Turan Tovuz” və ümumilikdə Azərbaycan futboluna dövlət dəstəyindən danışan Ehtiram Quliyev Tovuz təmsilçisinin tarixi inkişafında sözügedən faktorların danılmaz olduğunu qeyd edib.
Sonda "Huner Group" təsisçisi Ehtiram Quliyev, FİF icraçı direktoru Tural Piriyev və "Turan Tovuz"un idarə heyətinin sədri Rəşid Məhərrəmovun iştirakı ilə imzalanma mərasimi keçirilib. Tərəflər arasında müqavilə 4 il yarım müddətinə nəzərdə tutulub.
Jurnalistlərin suallarını cavablandıran “Huner Group”un təsisçisi Ehtiram Quliyev deyib ki, “Turan Tovuz" üçün avtobus alışına dəstək olacaqlar.
O, Tovuzda futbola marağın artırılması üçün bacardıqları qədər yüksək səviyyədə işlər həyata keçiriləcəklərini qeyd edib. Ehtiram Quliyev komanda birinci diviziona düşsə belə, sponsorluq müqaviləsinin davam edəcəyini vurğulayıb. E.Quliyev yaxın zamanlarda digər iş adamlarının da futbola sponsorluq edəcəyinə inamını ifadə edib.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb