9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Yusif İmanov milliyə dəvət alacaq?

YIĞMANIN MƏŞQÇİSİNDƏN AÇIQLAMA

“Şahruddin Məhəmmədəliyevin zədəli olması “Qarabağ” kimi, milli komandamız üçün də böyük itkidir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis “Şahruddinin yoxluğunda kimə dəvət göndəriləcək” sualını belə cavablandırıb:

“Son vaxtlar əsasən milliyə 3 qapıçı dəvət alırdı - Şahruddin Məhəmmədəliyev, Emil Balayev və Səlahət Ağayev. Lakin indidən millinin martdakı toplanışına hansı qapıçıların dəvət olunacağını demək tezdir”.

Cari mövsüm “Sabah”ın qapıçısı Yusif İmanov inamlı oyunu ilə seçilir. 21 yaşlı qolkiper geridə qalan 21 tur ərzində qapısında cəmi 13 qol görüb ki, bu nəticə ilə onun komandası yalnız “Qarabağ”dan geri qalır (12 qol). Şahruddinin yoxluğunda Yusif İmanov milliyə dəvət ala bilərmi? Əsədov bu barədə danışmağın hələ ki tez olduğunu deyib: “Millimiz seçmə mərhələdəki çıxışına martda başlayacaq. İsveç və Avstriya ilə səfər oyunlarına qədər hələ ki vaxtımız var. Həmin dövrədək kim özünü yaxşı tərəfdən göstərsə, o da milliyə dəvət alacaq. Təbii ki, potensial namizədlər arasında Yusif İmanov da var. Millinin qapısı hər bir futbolçu açıqdır”.

İbrahim CƏFƏROV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31