9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Diniyev: "Yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib getmişəm"

“Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 20-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra qonaqlar təzyiqi artırdılar. Nəticədə biz kompakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur”.

O, "Səbail"in ciddi uğurlar qazanacağına inandığını bildirib: "Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin  olmaması çətinlik yaradır". 

 Şahin Diniyev "Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz" sualına belə cavab verib: "Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçmək üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı". 

Baş məşqçi oyunda zədələn və xəstaxanaya aparılan Kizito Luvaqanın durumu haqda danışıb: "Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq". 

Ş.Diniyev azarkeşlər arasında baş verən insident haqda deyib: "Bəli, xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz demokratik Azərbaycanda yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdır. Futbol meydançada bitməlidir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31