9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Kadi Çerçesovun "Ferenstvaroş"unu nokauta salıb"

Rusiyanın "Championat" nəşri "Krasnodar"ın “Qarabağ”dan transfer etdiyi Kadi Borges haqda yazı hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yazıda braziliyalı yarımmüdafiəçinin yüksək keyfiyyətli oyunçu olduğunu bildirilib:

”Krasnodar” üçün perspektivli transferdir. "Krasnodar" onun üçün çox yox, cəmi 2 milyon avro ödəyib. Borges son iki mövsümü "Qarabağ"da keçirib. 2022-ci ildə komandası ilə çempionatın və Azərbaycan Kubokunun qalibi olub. Liqanın bombardiri olan oyunçu ölkənin ən yaxşı əcnəbi futbolçusu seçilib.

Braziliyalı həm hücumameyilli mərkəz yarımmüdafiəçisi, həm də cinah yarımmüdafiəçisi kimi oynaya bilər. Texnikalı oyunçudur. İrəlidə təhlükəlidir. Cinahdan hərəkət edərək içəri irəliləyə, mərkəzə gələ bilər. Kadinin yaxşı zərbələri var. Azərbaycanda çalışan "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin sözlərinə görə, hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın ən güclü oyunçusu idi. Kadi "Krasnodar"ın üslubuna uyğun gəlir.

Kadi Borges bu mövsüm bütün turnirlərdə 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. O, özünü avrokuboklarda yaxşı göstərdi. Çempionlar Liqasının təsnifat mərhələlərində "Lex" və "Sürix"lə oyunlarda qol vurub, məhsuldar ötürmə edib. Stanislav Çerçesovun rəhbərlik etdiyi "Ferenstvaroş"u nokauta salıb, Avropa Liqasının qrup mərhələsində assistlə diqqət çəkib. O, Azərbaycan çempionatında ortahesabla hər 90 dəqiqəyə 3,8 zərbə endirib, 2,9 ötürmə edib. Tez-tez driblinq edən Kadinin 6 cəhdindən 3-ü uğurlu alınıb.

Maraqlıdır ki, onun adlarından biri də Malinovskidir. Kadinin ata tərəfdən babası polyakdır. O, 2022-ci ildə vətəndaşlıq almaq və Polşa millisində oynamaq üçün işlərə başladı. Lakin Rusiya klubuna keçidi çox güman ki, siyasi məsələlərə görə onu Polşa millisindən uzaqlaşdıracaq".

Xatırladaq ki, "Krasnodar" bir neçə gün əvvəl "Qarabağ"ın sabiq oyunçusu ilə 3,5 illik müqavilə imzalayıb (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31