9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Tərlan Əhmədov: "Nəticəni ədalətli hesab edirəm"

"İki fərqli hissə izlədik. İlk yarıda komandamız yaxşı çıxış etdi. Lakin ikinci hissədə bəlkə də futbolçuları daha çox hesabı qorumağa çalışırdılar. Amma tapşırıq tamam başqa idi"

Futbolxeber.az saytının məlumatına görə. bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirilən oyundan (2:2) sonra deyib. 

Mütəxəssis komandasının səhvlərindən gileylənib: "Hələ Antalyada təlim-məşq toplanışında olarkən ilk rəsmi oyunumuzun çətin keçəcəyini bilirdim. 4 əsas futbolçumuzun yoxluğu da ciddi problem idi. Bu heyətlə toplanışdakı ilk yoxlama görüşündə meydana çıxmışdıq. Həmin görüşdə də səhvlərimiz olmuşdu. Təəssüf ki, bu gün də eyni səhvləri təkrarladıq və 2:0 hesabı ilə öndə olduğumuz matçı əldən verdik". 

Tərlan Əhmədov nəticəni ədalətli hesab etdiyini bildirib: "Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Ona görə də nəticəni ədalətli hesab edirəm. Bu gün hər iki tərəf 2 xal itirdi. Təbii ki, bu gün qalib gələrək turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq istəyirdik. Ümid edirəm ki, cəzalı futbolçularımız sıraya döndükdən sonra işlərimiz yoluna düşəcək və daha yaxşı çıxış edəcəyik".

Gəncə klubunun çalışdırıcısı qışdan sonrakı hədəfləri barədə bunları bildirib: "Futbolçularla da, rəhbərliklə də söhbətdə bildirmişəm ki, qarşıma 6-7-ci yerlər uğrunda mübarizə aparmaq məqsədi qoymuşam. Birinci dövrədə daha çox xal qazana bilərdik. Özünüz də bütün oyunları izləmisiz. Elə olurdu ki, qalib gəldiyimiz oyunda son dəqiqələrdə qol buraxırdıq. Bu da müəyyən qədər həyəcandan irəli gəlirdi. O xalları itirməsəydik, bəlkə də indi başqa "Kəpəz" görərdik. Yeni komandayıq, heyətdə gənc futbolçular çoxdur. Ona görə də hələlik komandadan çox şey tələb etmək olmur. Üstəlik, ilk oyunda həyəcan hər zaman olur. Yeni transferlərin də adaptasiyası üçün müəyyən qədər vaxta ehtiyac var. Təbii ki, azarkeşlər hər zaman komandadan qələbə gözləyirlər. Növbəti matçlarda onları sevindirmək üçün əlimizdən gələni edəcəyik". 

T.Əhmədov bu gün şans verdiyi qapıçı, yeni transfer Mario Mustapiçin çıxışını belə dəyərləndirib: "O, Antalyadakı yoxlama oyunlarında da özünü yaxşı tərəfdən göstərmişdi. Bu səbəbdən də bu gün start heyətində yer aldı. Üstəlik, Orxan Sadıqlı xəstəlikdən əziyyət çəkib. Hazırda optimal formasından uzaqdır. Marionun geridə qalan müddətdəki, istər Antalyadakı matçlarda, istərsə də bugünkü görüşdəki çıxışı bizi qane edir. Onun gəlişi ilə qapı xəttində ciddi rəqabət yaranıb və bu da bizi sevindirməyə bilməz". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31