9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Özümü "Qarabağ" və "Neftçi"yə qarşı oynamağa hazırlamışam"

"Turan Tovuz"un yeni transferi Denis Marandiç bölgə təmsilçisinə keçidi haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, moldovalı müdafiəçi Peşəkar Futbol Liqasının yutub kanalına açıqlama kollektivin onu yaxşı qarşıladığını, həmçinin Türkiyədəki tlim-məşq toplanışlarının yaxşı keçdiyini deyib:

"Komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Burada çox yaxşı hazırlıq mərhələsi yaxşı keçdik. Ümid edirəm ki, bunun davamını çempionatda da gətirəcək və qarşıya qoyulan məqsədlərə çatacağıq. Müdafiəçi olmağıma baxmayaraq, hücumu gücləndirməyə də kömək etməliyəm. Əsas məqsədim rəsmi oyunlarda da yaxşı səviyyədə çıxış etməkdir. Əsas olan kimin qol vurmağı deyil, komandanın nəticələridir".

27 yaşlı futbolçu qeyd edib ki, çempionatımızda yüksək pillələrdə qərarlaşan komandaların daha əvvəl oyunlarını izləyib: "Mən "Qarabağ" və "Neftçi"ni Avropa yarışlarında da izləmişəm. Özümü onlara qarşı oynamaq üçün motivasiya etmişəm. Hesab edirəm ki, bu komandalara qarşı oynamaq çətin olacaq. Amma ən yaxşısnı göstərməyə çalışacağam".

Moldovalı oyunçu sonda "Turan Tovuz"un azarkeşləri haqqında da danışıb: "Bütün futbolçular üçün azarkeşlər önündə oynamaq xoşdur. Xüsusilə də ev oyunlarında. Mən "Turan Tovuz"un azarkeşləri haqqında eşitmişəm. Bilirəm ki, komandanın yaxşı ətraf mühiti var. Düşünürəm ki, onların qarşısında oynamaq çox yaxşı olacaq. Mən çox xoşbəxt olacağam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31