Ölkə futbolu
Ozobiç: "Azərbaycanda bu qədər qalacağımı düşünmürdüm"
"7-ci ildir ki, Azərbaycandayam. Burada bu qədər qalacağımı düşünmürdüm. Amma belə alındı. Hazırkı vəziyyətimdən razıyam. Heç bir problemim yoxdur. Burada yaşamaq həqiqətən xoşdur. Bakı şəhəri də insanlar kimi gözəldir. Şəhərdə 2 milyondan çox insan yaşayır. Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibəsində deyib.
"İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Amma Bakıya turist kimi səfər edə bilən hər kəsə bunu təklif edirəm. Peşman olmayacaqlar. Standartlar yüksəkdir. Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır. Benzinin bir litrinin qiyməti təxminən 3,5 xorvat kunasıdır", - deyə Ozobiç bildirib.
Futbolçu Premyer Liqada yaxşı oynadıqlarını söyləyib: "Ən yaxın izləyicimizi yeddi xal qabaqlayırıq. Sadəcə, bu cür davam etməliyik. İnanıram ki, mövsümün sonunda çempion olacağıq. Yeri gəlmişkən, son doqquz ildə “Qarabağ” 8 dəfə çempion olub, yalnız 2021-ci ildə "Neftçi" titula sahib çıxıb".
O, Azərbaycan kubokunda sabiq klubu "Qəbələ"yə uduzmaları haqda da danışıb: Bizim şansımız yoxdursa, qoy, "Qəbələ" qalib gəlsin. Bu komanda ilə bağlı yalnız ən yaxşı xatirələrim var. Orada hər şey əla idi və ilk mövsümümdə çempionatın bombardiri olmuşdum".
F.Ozobiç "Qarabağ"ın daim avrokuboklarda çıxış etdiyini vurğulayıb: Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır. Çempionlar Liqasının pley-offunda Çexiyanın "Viktoriya" (Plzen) komandasını keçə bilmədik. Buna görə də Avropa Liqasının qruplarına düşdük. Orada isə Almaniya "Frayburq"u və Fransa "Nant"ından sonra qrupda 3-cü yeri tutduq. Fransızlardan cəmi bir xal geri qaldıq. Yunanıstan "Olimpiakos"nu qabaqlayaraq, Konfrans Liqasının pley-offuna vəsiqə qazandıq. İndi bizi 1/8 finala yüksəlmək uğrunda Belçika "Gent"i ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir. "Qarabağ" Avropanın ən sabit komandalarından biridir. Düşünürəm ki, bir çox klub bizə həsəd apara bilər".
Mllimizin üzvü Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri barədə də fikirlərini bildirib: "Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq".
Ozobiç "Qarabağ”dakı gələcəyi ilə bağlı deyib: "Klubla müqaviləm bu yay bitir. Biz bunu hələlik müzakirə etməmişik. Görək, necə olacaq. Hələ futboldayam, hər şeyi zaman göstərəcək. Məni idarəçilikdən çox məşqçilik maraqlandırır, amma hələlik bu barədə düşünməyə ehtiyac yoxdur”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib