9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qarabağ” Kadinin “Krasnodar”a satıldığını rəsmən açıqladı

"Qarabağ"ın futbolçusu Kadi Borges klubdan ayrılıb.

Futbolxeber.az saytının Ağdam təmsilçisinin feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, braziliyalı oyunçunun transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq.

Klub keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcəyini vurğulayıb.

Qeyri-rəsmi məlumatlara görə, "Krasnodar" "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək. Bu isə Azərbaycan futbol transferi tarixində yeni rekorddur.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31