9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, 67 futbolçunun yer aldığı siyahıda millimizin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayevin adı da var. O, 25 qollla 55-ci pillədə qərarlaşıb. 26 yaşlı futbolçu bu qollardan 18-ni Azərbaycan Premyer Liqasında, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Qeyd edək ki, siyahıya  Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. O, ötən il 56 qol vurub. Norveç millisinin və "Mançester Siti"nin oyunçusu Erlinq Haaland 46 qolla 2-ci,  Malayziyanın "Johor" klubunun braziliyalı futbolçusu Berqson 46 qolla 3-cü olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31