Ölkə futbolu
Fariz Nəcəfov: "Kuboku qazanmaq o qədər də asan məsələ deyil"
“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Mövsümün ilk yarısını “Qəbələ” üçün necə dəyərləndirirsiniz?
- Təəssüf ki, Avropa səhnəsini tez bağlamalı olduq. İstərdik ki, Konfrans Liqasında daha çox irəliləyək. Lakin soyuq başla geriyə bir daha dönüb baxdığımız zaman nəticənin imkanlarla mütənasib olduğunu yaxşı başa düşürük. Çempionata gəlincə, ilk dövrədə qənaətbəxş çıxış etdik. Komanda 9 oyundan 15 xal topladı ki, bu da sonda “ilk dördlüy”ə düşə bilməyimiz üçün normal xal ehtiyatı hesab oluna bilərdi. Təəssüf ki, ikinci dövrədə bəzi yersiz xallar itirdik. Xüsusilə də, kubokda “Qarabağ” üzərində qələbədən sonra öz meydançamızda “Turan Tovuz”a qalib gələ bilməməyimizə təəssüfləndim. Belə oyunlarda xal itkisi yolverilməzdir. Ümid edirəm ki, qış fasiləsindən sonra komanda bütün matçlara maksimum köklənə biləcək.
- On səkkiz oyunda 7 qələbə, sizcə, aşağı göstərici deyil?
- Turnir cədvəlinin liderlərilə görüşlərdəki xal itkilərini müəyyən qədər anlamaq mümkündür. Amma istər “Qarabağ”, istər “Sabah”, istərsə də “Neftçi”yə qarşı kifayət qədər gözəl oyun nümayiş etdirmişik. Bəzi qarşılaşmalarda futbolçuların qeyri-dəqiqliyi, bəzilərində isə hakim səhvləri ucbatından məğlub olmuşuq. Qeyd olunan bu görüşləri bir kənara qoysaq, ikinci “beşlik”dəki komandalarla oyunlar bizim üçün çox vacib idi. Birinci dövrədə onlar önündə maksimum xal toplasaq da, ikinci dövrədə 4 heç-heçə qeydə alındı. Təbii ki, bu nəticələrdən razı ola bilmərik.
- Turnir cədvəlinə baxdıqda belə qənaətə gəlmək olar ki, mövsümün qalan hissəsində “Qəbələ” ilə “Zirə” arasında 4-cü yer uğrunda mübarizə gedəcək. Bu fikirlə razısınız?
- Müəyyən qədər razıyam. Bunu turnir cədvəlindəki vəziyyət tələb edir. Lakin çempionatın gedişində çox şeylər dəyişə bilər.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsində turnirin son qalibi “Qarabağ”ı mübarizədən kənarlaşdırdınız. Kuboku qazanmaq şansınızı necə görürsünüz?
- Kuboku qazanmaq o qədər də asan məsələ deyil. Təsadüfi deyil ki, indiyədək 9 dəfə yarımfinala vəsiqə qazansaq da, bunlardan yalnız birini xoşbəxt sonluğa çatdıra bilmişik. Kuboku qazanma yolunun çətin olması bizi daha çox motivasiya edəcək. Azarkeşlərimizin inamı və daim yanımızda olmaları bizim üçün əlavə stimuldur.
- Bəzi stadionlarda hələ də süni örtük var. Komandanın tez-tez təbii örtükdən süniyə keçməsi sizi narahat etmir?
- Narahat etsə də, hazırda başqa yol yoxdur. Bilirəm ki, istər AFFA, istərsə də həmin klublar təbii örtüyə keçməyi çox istəyirlər. Ancaq peşəkarlığa doğru addımların mərhələli şəkildə atılmalı olduğuna inanıram. Söz yox ki, matçların süni meydançada oynanılması həm idman prinsiplərinə, həm də Premyer Liqanın imicinə mənfi təsir göstərir.
- Artıq qış fasiləsi yaranıb. Transfer fəaliyyətiniz necə olacaq?
- Sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik. Təbii ki, büdcəmiz imkan verərsə. Hazırda bir qədər çətin görünür.
- Bəzi futbolçularınızın adı Premyer Liqanın digər klubları, həmçinin xarici klublarla birgə hallanır. Təklif olarsa, oyunçu satmağa necə yanaşacaqsınız?
- Heç bir futbolçumuzla yollarımızı ayırmaq fikrində deyilik. Amma bəzilərinin müqavilələrində satışa dair bəndlər var. Əgər qeyd olunan çərçivədə təkliflər olsa, heç kimi məcburən saxlaya bilmərik.
- Komandanızın 18 görüşdə 20 qol vurması hücum xəttinin “dişsiz”liyini göstərir. Hücumu gücləndirmək yönündə işlər aparılacaq?
- Komandanın “dişsiz” olduğunu deməzdim. Əsas məqam qol vəziyyətlərinin yaradılmasındadır ki, bu göstəricidə liderlərdən biri olduğumuza inanıram. Bu yanaşma ilə davam edəcəyimiz halda qolların davam edəcəyi də aşkardır. Hücum xəttinin gücləndirilməsi ilə bağlı suala da bir qədər əvvəl cavab verdim.
- Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov “Report”a müsahibəsi zamanı Azərbaycan Superkubokunun bərpa oluna biləcəyini söyləyib. Sizin buna reaksiyanız necədir?
- Heç kimə sirr deyil ki, Superkubok oyunu sıradan futbol matçı deyil. Bu görüş yaxşı azarkeş toplamalı, ətrafında marketinq işləri görülməlidir. PFL-in bu sahədəki təcrübəsi imkan verir ki, yaxşı Superkubok oyunu təşkil etsin. Ümid edirəm ki, bu matçda finala layiq olanlar iştirak edərlər.
- Futbol Akademiyasında işlər nə yerdədir?
- Mövsümün əvvəlində də akademiya üçün maliyyə çatışmazlıqlarının olduğunu qeyd etmişdik. Gedişatda nisbətən düzəlmə olmasına baxmayaraq, hələ də kəsirlərimiz var. Belə vəziyyətdə tam qaneedici işdən danışmaq mümkün deyil. Əlimizdə olan imkanlar, kollektivin uzun müddət bizimlə birlikdə çalışması, yaxşı təcrübə toplaması xeyrimizə olan məqamlardır. Lakin günün reallıqları da var. İstər məişət səviyyəsində, istərsə də təlim və tədris işlərində indikindən daha keyfiyyətli işlər görmək mümkündür.
- Yetərli maliyyə imkanının olmaması futbolçu yetişdirməkdə problem yaratmır?
- Bu mövzuda uzun-uzadı danışmaq lazımdır. Qısaca qeyd edim ki, hazırda ciddi iş görmək üçün mütənasib maliyyə tələb olunur. Dövr dəyişir, idmanda tətbiq olunan metodlar, texnologiya yenilənir. Kollektivi inkişaf etdirmək üçün seminarlar, futbolçuları inkişaf etdirmək üçün keyfiyyətli məşq, beynəlxalq yarışlar, peşəkar tibbi, sosial və psixoloji dəstək tələb olunur. Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq. Belə vəziyyətdə isə yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür. Lakin xüsusi səylərimiz nəticəsində yaxın vaxtlarda ölkə futboluna yeni adlar qazandıracağımıza heç şübhəm yoxdur. İş hər zaman yalnız maliyyədən asılı olmur.
- “Qəbələ” İdman Klubunda digər idman növləri də fəaliyyət göstərir. Bu sahədə görülən işlər ürəyinizcədir?
- Gələn il digər idman növləri üzrə bölmələrimizin fəaliyyətə başlaması və futbol klubu statusundan idman klubu statusuna keçməyimizin 10 ili tamam olur. İdman sahəsində uğur qazanmaq üçün 10 il qısa müddət olsa da, artıq xeyli gözəl nəticələr var. Qəbələdə cüdo, boks, MMA, yunan-Roma və sərbəst güləş bölmələrimizdə 250 ətrafında yeniyetmə idmanla məşğul olur. Futbolu da əlavə etsək, klubun nəzdindəki idmançı sayı 500 nəfəri keçir ki, bu da Qəbələ şəhərində kifayət qədər yüksək saydır. İdmanın inkişafında kütləviliyin nə qədər vacib olduğunun fərqindəyik. Bununla belə, kütləvilik sonda nəticə gətirməlidir ki, yeniyetmələr üçün yaxşı stimul olsun. Cüdo üzrə Avropa Kubokunun, Avropa Olimpiya Festivalının mükafatçısı, beynəlxalq turnirlərin, Respublika çempionatlarının qalibləri və mükafatçıları, digər növlər üzrə ölkə səviyyəli yarışlarda fərqlənən idmançılarımız kifayət qədərdir. Onlarla yanaşı, klubumuzu təmsil edən peşəkar idmançılarımız da var. Bu məsələdə kəmiyyətə yox, keyfiyyətə baxırıq. Rafael Ağayev, Nəriman Abbasov, Alim Nəbiyev kimi idmançılarımızın nəticələrini sadalamağa ehtiyac duymuram. Bir sözlə, hesab edirəm ki, klubumuz imkanlar daxilində həm futbol, həm də digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlir ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi