Ölkə futbolu
Mahmud Qurbanov: "Komandanın sonda getməyinin ən böyük səbəbi transferlərlə bağlıdı"
"Səbail"in baş məşqçi postundan ayrılan Mahmud Qurbanovun müsahibəsi
- İstefa xəbəriniz dünən gündəmi zəbt elədi. Gündəmin səbəbkarı qərarını necə izah edərdi?
- İlk növbədə onu deyim ki, bu, gedişimlə bağlı ilk və son müsahibəmdi. Fikirləşib qərara gəldim ki, bu, hər iki tərəf - həm mənim, həm də klub üçün belə yaxşı olar. Futbol adamlarıyıq, hər şeyə düzgün baxmalı, bütün qərarları düzgün və zamanında verməliyik. Əlbəttə, mən də istəyərdim ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün rəhbərlik tərəfindən bizə hər cür şərait yaradılmışdı. Çəkinmədən, əminliklə deyə bilərəm ki, istər yerli, istərsə də əcnəbi oyunçu transferi, məşq şəraiti baxımından hər şey, başqa klublardan fərqli olaraq imkanlarımız yaxşı idi. Bunu danmaq olmaz, tam səmimi deyirəm.
- Bəs eləsə nəticə üçün nə çatmadı?
- İş prosesində, ola bilər transferlərdə bəzi nöqsanlar, məqamlar vardı ki, onları nəzərə almamışdım.
- Tələskənlik oldu, yoxsa legionerlərin karyeralarına güvənib gətirdiniz?
- Bilirsiniz, söhbət ondan gedir ki, bəzi futbolçulara videoyla baxırıq. Bu yolla seçim isə hər dəfə istədiyin kimi olmur. Ola bilər ki, hardasa tələskənlik oldu. Komandanın sonda getməyinin ən böyük səbəbi transferlərlə bağlıdı. Baxdığımız və ümid edə biləcəyimiz futbolçular vardı onları böyük inamla gətirdik ki, bizim çempionatda, "Səbail"də yaxşı oynayacaq, uğurlu transfer olacaqlar. Amma hamısı elə olmadı.
- Bir nümunə göstərim - Kizito Luvaqa. Karyerasına baxırsan, diqqət çəkir. Amma gəlib burda bir hücumçu olaraq çempionatda cəmi 1 qol vurdu. Halbuki əsas qol ümidiniz idi...
- Komandada əsas "vuran ayaq" lazımdı. Bunu Kizitoya həvalə etmişdik, onu seçmişdik o qədər oyunçular içində. Həqiqətən baxdığımız Kizitoyla burda oynadığı futbol düz gəlmədi. Bilmirəm adaptasiyası yaxşı olmadı, yaxud ona da vaxt lazım idi ki, özünə gəlsin, hara düşdüyünü görsün. Bəli, bəzi nöqsanları buraxdıq. Amma düşünürəm ki, bu, mənim üçün gələcəyə yaxşı təcrübə oldu. Doğrudan bəzi bilmədiyim şeylər də vardı ki, 5-6 ayda burda gördüm.
- Bunu acı təcrübə adlandırmaq olar?
- Bəli, çünki nəticə olmayan yerdə əlbəttə, belə də demək olar. Getməkdən qorxmamışam heç vaxt. Bu, həyatdı, futbol karyerandı, hazır olmalıyıq. Vaxt lazımdı ki, oturub olanları təhlil edəsən, dərindən düşünəsən.
- "Səbail"in büdcəsi yaxşı idi, bunu etiraf edərsiniz yəqin. Bu məsələ də çox müzakirə olundu...
- Hərdən bəzi futbol adamları var ki, mətbuatda, televiziyada çıxışlarında hər şeyi büdcəylə qabardırlar. Hər halda, pul həyatda lazım olan şeydi, eləcə də futbolda. Amma həmişə hər şey demək deyil. Başqa klubların büdcələriylə maraqlanmıram. Qarşımıza avrokuboklara oynamaq məqsədi də qoyulmamışdı. Amma hər halda, "Səbail"in turnir cədvəlində ortalarında olması üçün yaxşı şəraiti vardı. Bizə heç bir şeydə imtina olunmurdu, baş məşqçi olaraq komanda üçün nə istəmişəmsə, həll olunub. Bunu etiraf eləməliyik, çünki doğrusu olan budu.
- Futbolda "Professor" olmusunuz, amma məşqçilik karyeranız hələ ki həmin uğurlu məcrada keçmir. Bu haqda özlüyünüzdə düşünəndə, necə bir paralel aparırsınız?
- Paralel aparmıram. Çünki futbolçuyla məşqçilik başqa şeylərdi. Futbolçu olanda yalnız özünü fikirləşirsən ki, necə oynayacam, yaxşı çıxış edəcəm. Məşqçilikdə isə müxtəlif təbiətli, xasiyyətli, mühitdə, başqa ölkələrdə böyüyən futbolçularla işləyirsən. O baxımdan bu iki peşəni birləşdirmək də bir az çətindi. Futbolçunun potensialına, çıxış etdiyi çempionata baxırsan ki, bizdə oynaya bilər. Lakin bura gələndə görürsən ki, belə deyil. Bu, əlbəttə, məyusedicidi.
- Hər şeyi yenidən - sıfırdan başlamalı olsaydınız, nələri başqa cür edərdiniz?
- "Səbail"də işə başlayanda da sıfırdan başlamışdıq. Yenidən başlamaq şansı olmasına gəlincə, təbii ki, 6 ay yaxşı təcrübə oldu mənim üçün. Heç kimdən incik deyiləm - istər futbolçular olsun, istər işlədiyim məşqçi heyəti, istərsə də rəhbərlik, sponsorlar. Yəni, baş məşqçi mən idim, nəticəyə cavahdeh də mən. Heç nə bəhanə axtarmaq istəmirəm, uğursuzluğu heç kimin üstünə yıxmağı da. Çünki klubda futbol planında axırıncı söz mənim idi. Heç kimdən inciməyə də haqqım yoxdu. "Səbail"ə uğurlar arzulayıram. Futbolda bu gün bu komandada, sabah başqa yerdə ola bilərik. Acı da olsa, etiraf etməliyik ki, reallıq belə oldu.
- "Səbail"in icraçı-direktoru Fərəc Əliyev də saytımıza açıqlayıb ki, nəticələrimiz Mahmud Qurbanovun adına uyğun gəlmirdi...
- Əlbəttə, son pillədə olmaq mənə pis təsir edirdi. Ümuimiyyətlə, məğlubiyyət həmişə mənə pis göstərir. Fərqi yoxdu kiminlə oynayırsan. Nəzərə almadığım məqamlardan biri də tələskənli olmağım idi. Tez bir zamanda nəticə qazanmaq istəyirdik. Ola bilər tələskənlikdən belə alındı. İstəməsəm də, budu gerçək.
- Çempionatda vəziyyətiniz bəllidi, amma Kubok çox yaxşı alındı sizin üçün. "Sabah" kimi güclü rəqibi keçərək - özü də hər 2 matçda məğlub edərək "Səbail"i tarixində ilk dəfə yarımfialda çıxardınız. Buna əsasən şəxsən mən belə düşünürdüm ki, cari mövsümün sonuna qədər iş başında olaraq həmin turnirdə nəticə qazanmağa çalışacaqsınız...
- Kubokun yarımfinalına hələ 4 ay var. Aprelədək çempionatı oynamalıyıq. Fikrimcə, axır turlarda ardıcıl məğlubiyyətlər qərarımda həlledici oldu.
- İndiki vəziyyətdə sizə bir müddət istirahət lazımdı?
- Yox. Neyləmişik ki, istirahət edək? İnsan işlədikcə daha da möhkəmlənir. Bəzi mətbuat orqanları sağ olsunlar ki, məni daha da möhkəm elədilər. Haqqımda olmazın şeylərdən yazırdılar, sosial şəbəkələrdə sitat gətirirdlər.
- "Səbail" karyeranızdan sonra yaxın gələcəkdə təklif gözləyirsiniz?
- Bu, ixtiyarımızda olan şey deyil. Buna görə cavab vermək çətindi. Onu deyə bilərəm ki, işləməyə həmişə hazıram(Sport24.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb