9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qəbələ”də 50-ci oyununu keçirdi

Məqsəd İsayev “Qəbələ”də 50-ci oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, onun yubileyi Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

28 yaşlı müdafiəçi “Səbail”lə ev görüşündə 90 dəqiqə meydanda olub. “Qırmızı-qaralar”ın 2:1 hesablı qələbə qazandığı qarşılaşma onun “100”ü yarılaması ilə əlamətdar olub. Məqsəd bu oyunlarda 4 qol vurub.

O, Premyer Liqada 43 (3 qol), Azərbaycan kubokunda 5 (1 qol), avrokuboklarda 1 dəfə şans qazanıb. İsayev klub tarixinə 50 və daha çox matça çıxan 54-cü oyunçu kimi düşüb.

Qeyd edək ki, müdafiəçi “Qəbələ”də 2021-ci il avqustun 15-də debüt edib. O, “Neftçi”yə qarşı səfərdə keçirilən çempionat matçında (2:2) meydana çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31