9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Medina üçün yubiley

Azərbaycan Premyer Liqasının 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.

Kevin bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Premyer Liqada 2020/21 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31