9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: "...çətin vəziyyətdə idik”

“Oyunun mahiyətini bilirdik. “Sabah” ən yaxşı komandalardandır. Oyunları ilə hər dəfə bunu sübut ediblər. Buna baxmayaraq futbolçularım sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesabdan asılı olmayaraq onlara təşəkkürümü bildirəcəkdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

0:1 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı itkilərinin çox olduğunu bildirib:  "Son 2, 3 gündə çətin vəziyyətdə idik. Bir neçə futbolçumuz oyuna ağrı ilə çıxmışdı. Onların xarakter nümayiş etmələri məni sevindirdi. İtkilərimiz çoxdur. Bəzi futbolçularımız demək olar 50 faiz hazırdılar, amma oynatmağa məcburuq. Qış fasiləsinədək sıx qrafikə girmişik. Təəssüf ki, Henri də oyunun əvvəllində zədələnərək o sıraya qatıldı. Nə qədər itkilərimiz də olsa futbolçularımızdan bu əzmkarlığı istəyirik. Gənc futbolçularımızın "Sabah" kimi rəqibə qarşı çəkinmədən mübarizə aparmaları məni sevindirir. Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31