9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Gent”in baş məşqçisi: “Qarabağ” çətin rəqibdir”

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Gent”in baş məşqçisi Heyn Vanhazebruk püşkü dəyərləndirib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, belçikalı mütəxəssis Ağdam təmsilçisinin çətin rəqib olduğunu bildirib:

“Səkkiz mümkün rəqibdən heç birini düşünmürdüm. Çünki burada asan rəqib olmur. “Qarabağ” da çətin rəqibdir. Təsadüfi deyil ki, az qala Çempionlar Liqasında qrup mərhələsinə adlayırdılar. Polşa çempionu “Lex”i mübarizədən kənarlaşdırdılar, sonra İsveçrə çempionu “Sürix”i keçdilər. Daha sonra da Macarıstan çempionu “Ferentsvaroş”u məğlub etdilər.

“Viktoriya” ilə matçlarda göz oxşayan oyun sərgilədilər. Deməli, möhkəm komandadır. Amma dediyim kimi, mənim gözümdə rəqiblərin hamısı eynidir və asan olanı yoxdur”.

Vanhazebruku uzaq Bakı səfəri də narahat etmir: “Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik".

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31