9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Anderlext” üçün pis xatirə və Azərbaycanın Ferqyussonu”

Bu gün “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi. Bu, Belçikanın “Gent” komandası oldu. Püşkün nəticəsinə Belçika mediası operativ reaksiya verib.

Futbolxeber.az-ın məlumatına görə, Belçikanın nieuwsblad.be saytı “Qarabağ” barədə yazı hazırlayıb.

“Anderlext” üçün pis xatirə və Azərbaycanın Ferqyussonu” adlı yazıda əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fəaliyyətinə toxunulub.

Onun 27 il “Mançester Yunated”in baş məşqçisi işləmiş Aleks Ferqyussonla müqayisə edilməsi təsadüfi deyil. Axı, Ferqyusson qədər uzun müddətli olmasa da, Qurban Qurbanov uzun illərdir (14 il) eyni komandaya başçılıq edir. Qurban Qurbanovun və məşqçi fəaliyyətinə ötəri nəzər salınıb.

Komandanın bugünkü durumu barədə isə sayt yazıb: “Qarabağ”da səs-küylü ad tapa bilmərsiniz. Burada azərbaycanlı və bir çox digər əcnəbi millətlərdən futbolçular var. Marko Veşoviç Belqradda “Srvena Zvezda”da təcrübə toplayıb. O, “Torino”, “Riyeke” və “Legiya”da da oynayıb. 31 yaşlı çernoqoriyalı “Qarabağ”da artıq ikinci mövsümünü keçirir.  33 yaşlı milliləşdirilmiş braziliyalı Riçard Almeyda “Qarabağ”ın əvəzolunmaz parçasıdır.

Abdullah Zubir fransalı legionerdir. O, Şotlandiya və Rumıniyadan sonra futbol xoşbəxtliyini Azərbaycanda axtarır. Qurbanlı və Şeydayev komandanın daxili liqada ən yaxşı bombardirləridir”.

Yazıda “Qarabağ”ın 12 oyunun hamısında qalib gələrək hazırda Azərbaycan Premyer Liqasına başçılıq etdiyi bildirilir. Həmçinin, komandanın bu mövsüm Avropa Liqasındakı çıxışına toxunulub.

Sonda qeyd edilir ki, “Anderlext” (Belçika) üçün “Qarabağ”ın xoş olmayan xatirəsi var. Brüssel təmsilçisi 2015/16 mövsümü Avroliqanın Bakıda keçirilən qrup oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31