9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rəşad Sadıqov: “Qismətimizdə bu gün məğlubiyyət var idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIII turunda “Qəbələ”yə uduzduqları matç barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfrasında Sadıqov komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:

“Hər iki komanda üçün çox vacib oyun idi. Meydanda daha çox mübarizəyə şahid olduq. Matçın bitəcəyini gözlədiyimiz dəqiqədə meydanın mərkəzindən qol buraxdıq. Çətin də olsa məğlubiyyəti həzm edib yolumuza davam etməliyik”.

- Qol epizodunda daha çox kimin günahı var idi?

- İsit-isti çətindi nəsə demək. 93-cü dəqiqədə qol buraxıqdan sonra irəli atıldıq. Künc zərbəsi zamanı qol şansı yaxalasaq da, faydala bilmədik. Qismətimizdə bu gün məğlubiyyət var idi.

- Komandanız ikinci dövrədə uğursuz çıxış edir. Bu Enişin səbəbi nədir?

- 12-13 turu təhlil eləsək, nəticələr qeyri-stabil olub. Bu gün qələbə üçün oynayırdıq, amma heç-heçə də pis deyildi. Buna baxmayaraq, uduzduq. Bu gün hər 3 nəticə layiqli olacaqdı. Son 4 oyundan 3-də uduzmuşuq. Amma bu gün 1 xala layiq idik. Lakin futbolda proqnoz verrmək olmur. Mütləq qarşıdakı oyunalra köklənməliyik. Xal ehtiyatımızı və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq.

- Ötən tur Anar Nəzirov səhv buraxmışdı, onu cəzalandırdız, bu gün start heyətində yer almamışdı. Bugün buraxılan qola görə Mehdi Cənnətovu ehtiyata göndərəcəksiz?

- Anar Nəzirovu cəzalandırmamışıq. Sadəcə bu gün Mehdi Cənnətova şans verdik. Heç də pis təsir bağışlamadı. Vurulan qolda rəqib futbolçunun ustalığını da qeyd etmək lazımdı. 50 metrdən bu cür dəqiq zərbə endirmək üçün ustalıq lazımdı.

- Qoldan sonra komandanızın oyunçuları arasında gərginlik yaşandı...

- Oyundan sonra bu barədə söhbətimiz oldu. Təbii ki, mübahisə ancaq meydanda qala bilər. Qələbəni biryerdə qazandığımız kimi, məğlubiyyətə görə də kimisə günahlandıra bilmərik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31