9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Petersen: "Qarabağ" layiqli oyun göstərdi"

"Frayburq"un futbolçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda ötən gecə Bakıda "Qarabağ"la heç-heçə etdikləri oyun (1:1) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı hücumçu qarşılaşmanın çətin keçdiyini bildirib:

"Həmişə son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, "Qarabağ" layiqli oyun göstərdi. Heç-heçə ədalətli nəticədir. Heyətimizdə xeyli rotasiya etmişdik. Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq".

Qeyd edək ki, G qrupunda "Qarabağ" dünən Bakıda "Frayburq"la heç-heçə etməklə (1:1) xal ehtiyatını 8-ə çatdırıb. "Nant" "Olimpiakos"a qalib gəlməklə xallarının sayını 9-a yüksəldib. Nəticədə "Frayburq" qrup lideri kimi 1/8 finala adlayıb. "Nant" 2-ci yerin sahibi olaraq pley-offa vəsiqə qazanıb. "Qarabağ" isə yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31