9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

"O, özünə qarşı çox tələbkar olmalıdır ki, daha yaxşı təyinatlar alsın".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup oyununa təyinat alan və Danimarkada "Kopenhagen"lə Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilmiş görüşü idarə edən Əliyar Ağayevin atası, sabiq hakim Kərim Ağayev deyib.

O, 35 yaşlı FIFA referisinin gələcək karyerasının özündən asılı olduğunu bildirib: "Bu təyinat daha əvvəl də gerçəkləşə bilərdi. Amma Allaha şükürlər olsun ki, gec də olsa, baş tutdu".

Daha əvvəl hakim-inspektor və AFFA nümayəndəsi kimi Premyer Liqa matçlarına təyinat almış Kərim Ağayev hazırda qürurverici hisslər keçirdiyini söyləyib: "Bir ata kimi çox sevinirəm. Əliyar neçə illər əziyyət çəkib, indi də onun bəhrəsini görür. O, dünən də çox yaxşı oyun idarə etdi. Hamımız sürətli, dinamik qarşılaşma izlədik".

Beynəlxalq dərəcəli sabiq ədalət təmsilçisi oğlu üçün arzularından da bəhs edib: "Diləyim Əliyar Ağayevi Avropa və dünya çempionatlarının final mərhələsində görməkdir. Bunu çox istəyirik".

Qeyd edək ki, "Kopenhagen" - "Borussiya" görüşü 1:1 hesabı ilə yekunlaşıb. Ağayev matçda 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31