9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”dən açıqlama: “Regekampfın müqaviləsində elə bir bənd yoxdur”

“Neftçi”nin baş məşqçi Laurentsiu Regekampfla imzaladığı müqavilədə 350 min avro təzminat qarşılığında istənilən vaxt klubdan ayrıla biləcəyi ilə bağlı bənd yoxdur.

Futbolxeber.az saytına klubdan verilən məlumata görə, rumın mütəxəssisin “Neftçi”ni “Styaua”ya dəyişəcəyi barədə deyilənlər həqiqəti əks etdirmir. Regekampf hazırda bütün fikrini “Neftçi”yə yönəldib və komandanı növbəti oyuna hazırlaşdırır.

Qeyd edək ki, Rumıniyanın Prosport.ro saytı Laurentsiu Regekampfın tezliklə “Neftçi”ni “Styaua”ya dəyişə biləcəyi barədə iddia ilə çıxış edib. Bildirilib ki, Buxarest klubu Regekampfın təyinatını rəsmiləşdirmək üçün “Neftçi”yə 350 min avro təzminat ödəməlidir. Çünki rumın mütəxəssisin "ağ-qaralar"la müqaviləsində belə bir bənd var.

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31