Ölkə futbolu
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq çətindir"
"Bugünkü vəziyyətimizdə "Qarabağ"a qarşı oynamaq çətindir. Ümumi oyunu götürəndə yaxşı epizodlar yarada bildik. Söhbət qol epizodlarından getmir. Bu cür matçlarda müdafiədən oynamağa məcbursan. İstəsən də, istəməsən də rəqib səni müdafiədən oynadacaq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 10-cu turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Birinci hissədə oyunumuz yaxşı idi. Gücümüz tükənəndən sonra qapımızda qollar gördük. Qələbə qazanmamışıq. Xoş olan odur ki, nəhayət qol vura bildik. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm. Buna əminəm. Hücum xəttində kreativ, oyunu üzərinə götürən futbolçularımız yoxdur. Çıxış yolu həm hücumda, həm müdafiədə kollektiv oyun oynamaqdır. Məşqçi olaraq komandamızı stressə, həyəcana salmamalıyıq. Soyuq başla hər şeyi təhlil edib bu vəziyyətdən çıxmalıyıq".
S.Abasov komandasının bu mövsüm ilk dəfə oyun epizodundan qol vurmasından da danışıb: "Bu, mənim üçün xoş deyil. 10 oyunda 1 qol vurmuşuqsa, nədən danışaq? Amma gəlin, son 3 oyunu təhlil edək. Çünki, əvvəlki matçlar haqda mən heç nə deyə bilmərəm. "Qarabağ"la oyunlar bizim üçün təcrübə olaraq yaxşıdır. Bir az azarkeşlərimizdə küskünlük var, ümidlər azalıb. Amma fikirləşirəm ki, belə görüşlər bizə fayda verəcək. İndiki məqamda hansı oyunun bizim üçün uyğun olduğunu müəyyənləşdirməliyik. Hələ ki, axtarışdayıq".
Baş məşqçi qış transfer pəncərəsində yeni oyunçular almağa çalışacaqlarını bildirib: "Söhbət tək hücumdan getmir. Qışı ən çox səbrsizliklə gözləyən insanlardan biri mənəm. Belə matçlarda nə qədər oyunçu qazana bilsək, işimiz o qədər yüngülləşər. Qurduğumuz oyunu başa düşməkdə çətinlik çəkənlər çox olsa, deməli hələ işimiz çox olacaq. Belə olan halda nəinki qışı, yayı da gözləməli olacağıq".
Abasov "Aleksey Baqa bildirmişdi ki, heyəti o qurmayıb. Qış fasiləsində sırf sizin istədiyiniz oyunçuların transfer olunacağı ilə bağlı rəhbərliklə razılığınız olub?" sualını belə cavablandırıb: "Mən Aleksey Baqa ilə bağlı ümumiyyətlə şərh vermək istəmirəm. Təsəvvür edin, mən deyirəm ki, heyəti mən yığmamışam. Onda adama deyərlər ki, bəs burada nə işin var? Əlbəttə belə şeylər yoxdur. Onu demək belə özünü ləkələməkdir. Hər oyundan, məşqdən sonra rəhbərliklə görüşürük. Mənim sakit, pozitiv olmağımın arxasında onlar dayanıb. Hamımız istəyirik ki, birlikdə bu vəziyyətdən çıxaq. Məndən çox onlar arı kimi çalışırlar. Əlbəttə ki, komandanı məndən başqa heç kim yığmayacaq".
S.Abasov turnir cədvəlinin sonuncu pillələrində olsalar da, yarışı tərk etmək fikrində olmadıqlarını də deyib: "Bilmək olmaz çempionatı kim tərk edəcək. Sonuncu yerdə olmaq istəmirik. Mayda turnir cədvəlində nələrin baş verəcəyini indidən deyə bilmərəm. Ola bilər ki, komandada ən yaxşı kimi gördüyünüz oyunçu ilə qışda yollarımızı ayıraq. İstəyim odur ki, qışa kimi bir oyun sistemi olsun və futbolçular buna oturuşsunlar. Komandanı da onların ətrafında quraq. Nə qədər çox futbolçu qalsa, işimiz yüngülləşər. Çempionatı tərk etmək haqda ümumiyyətlə fikirləşməmişik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib