8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Lourentsio Regekampf: “Çox vacib 3 xal qazandıq”

Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “Neftçi”nin baş məşqçisi Lourentsio Regekampf mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis ilk olaraq görüşlə bağlı danışıb:

“Bizim üçün çox vacib 3 xal qazandıq. Asan meydança, asan stadion deyildi. Otun hündürlüyü normadan artıq idi. Bu səbəbdən də istədiyimiz oyunu göstərə bilmirdik. Top hər dəfə ləngiyirdi. Eyni zamanda, bizim üçün çox ağır həftə oldu. Bir neçə oyunçumuz zədələndi. Bəzən 14 oyunçu ilə məşq keçmək məcburiyyətində qalmışdıq. Oyundan əvvəl Azər Əliyevi də itirdik. Buna görə sistemi də dəyişməli olduq. Bütün bunları nəzərə alaraq, 3 xal qazandığımız üçün şadam”.

- “Neftçi” cari mövsümdə 3 dəfə bölgəyə səfər edib - Şamaxı, Qəbələ və Gəncədə. Bakıdakı oyunlarla bölgədəki matçları necə müqayisə edə bilərsiz?

- Bölgələrdə oynamaq hər zaman pozitivdi. İnsanlar yerli komandalarını dəstəkləmək üçün stadiona gəlirlər. Bu dəstək bizim oyunumuzu daha da çətinləşdirir. Çünki yerli fanatlar komandanın 12-ci azarkeşinə çevrilir. Bəzən 12-ci oyunçuya qarşı da mübarizə aparmalı olurlar. Lakin çox yaxşı hisslərdi. Mən azarkeşlər önündə oynamağı xoşlayıram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31