9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la sabahkı matçdan öncə mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis Ağdam klubu ilə görüşdən qələbə ilə ayrılmaq istədiklərini bildirib:

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik. Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31