27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

PFL və “Zirə” futbol klubu arasında görüş keçirilib

Peşəkar Futbol Liqasının idarə heyəti klublarla görüşləri davam etdirir. 

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirə qəsəbəsinə səfər edib. 

Zirə İdman Kompleksinin inzibati binasında "Zirə" FK-nın prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib. 

Elxan Səmədov görüşə görə "Zirə" rəsmilərinə təşəkkür edib. PFL prezidenti bildirib ki, tanışlıqla yanaşı əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır. 

"Zirə" FK-nın prezidenti Taleh Nəsibov isə öz növbəsində PFL prezidenti seçilməsi münasibətilə Elxan Səmədovu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Nəsibov rəhbərlik etdiyi klubun məqsədinin, yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı sayğı çərçivəsində çalışmaları olduğunu vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30