27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

"Düşünürəm ki, rəqiblər bizimlə matça fərqli hazırlaşacaqlar. Artıq onlar necə oynadığımızı bilirlər".

Futbolxeber.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip Azərbaycan və Belarus yığmalarına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı "RB Sport"a müsahibəsində deyib.

Rusiyanın "Zenit" klubunda çıxış edən 23 yaşlı müdafiəçi daha çox xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bizə daha çətin olacaq. Qrupu ilk pillədə başa vurmaq üçün bir qələbəyə ehtiyacımız var. Psixoloji təzyiq də ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələcəyik və her şey yaxşı bitəcək".

Qeyd edək ki, sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan 3 gün sonra "Dalğa Arena"da Azərbaycan millisinin qonağı olacaq. Qazaxıstan 10 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiya 6 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü, Belarus isə 2 xalla 4-cü yerdədir ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30