Ölkə futbolu
Qurban Qurbanov: “Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz”
“Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm. İlk hissə bir az çətin keçdi. Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və "Şamaxı"ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Şamaxı"ya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesablı məğlubiyyətdən sonra komandadakı ab-hava ilə bağlı söyləyib: "Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz. Amma çalışırıq ki, tezliklə bunu geridə qoyaq. Ümumən hədəfimiz var. Söhbət tək qrupa düşməkdən getmir, qalib gəlməkdən gedir. Bu komandaya məğlub olmuşuq, daha çox üzülürük. Hər matçda daha yaxşı oyun göstərmək istəyirik. Futbolçular çox üzgün idi, təsirlənmişdilər. Bizim üçün hər oyun pley-off-dur. Futbolçular çox əziyyət çəkdilər, əsəb itirdilər. Sonda bir addımlıqda belə nəticə oldu, yazılmamış qanunlardır. O qədər böyük klublar, futbolçular, məşqçilər finalda üzülüb. Bunu yaşamaq futbolçuları böyüdür. Sadəcə tez bir zamanda toparlanmaq lazımdır".
O, Avropa Liqasındakı təqvimləri barədə danışıb: "Püşkatma ilə bağlı danışmaqla aram yoxdur. Bu, mənə aid bir şey deyil. Nə düşdüsə, normal qarşılayıram. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar".
Qurbanov ÇL-də baş verənləri geridə qoymaq istədiklərini deyib: "Hansı turnirdə olsaq da, hədəfimiz maksimumu etməkdir. Hər oyunu növbəti mərhələyə çıxmaq üçün oynayırıq. Sonda şansımız var idi. İstifadə etmək istədik. Alınmadı. Alınsaydı, sevinəcəkdik. Amma yenə də ruhdan düşmürük. Avropa Liqasının qrupunda düşündüklərimizi həyata keçirmək istəyirik. "Ora düşmək va ya bura düşmək" düşüncəsi yoxdur. Əvvəl də Avropa Liqasında oynamışıq. Şansımız var. Digər komandaların baş məşqçilərinin müsahibələrini oxuyuram. Hamı iddialıdır. Hamı qrupa görə sevinir. Hətta püşkdən əvvəl "Frayburq"un baş məşqçisi bizimlə düşmək istəyirdi. Çempionlar Liqasında olmadığımıza görə üzüldük. Avropa Liqasına hazırlaşacağıq".
Təcrübəli mütəxəssis Şahruddin Məhəmmədəliyev haqda deyib: "O, hazırda çox dilxordur. Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".
O, bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini bildirib: "Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib