8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elxan Məmmədov milli üzvləri ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirib. Futbolxeber.az-ın məlumatına görə, baş katib Avstriyada təşkil olunmuş turnirdə birinci yeri tutmuş yığmamızı təbrik edib, qarşıdakı oyunlarda komandamıza uğurlar arzulayıb. O, qeyd edib ki, belə oyunlarda qazanılan hər qələbə gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün əlavə stimuldur.
E.Məmmədov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlıqla bağlı yığmamıza tövsiyələrini verib.
Xatırladaq ki, U-21 yığmamız Avstriyada keçirilmiş turnirdə Macarıstanın "Haladas" klubunu və Albaniyanın U-21 yığmasını məğlub etmiş (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə heç-heçə etmişdi - 1:1.
 
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31