26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Fanatların, gənclərin sevgisini görəndə xoş oluram"

"Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Çempionlar Liqasının pley-offunda "Viktoriya" ilə ilk matç öncəsi "Sumqayıt"la görüşün onlara faydası olub-olmadığı ilə bağlı bildirib: "İnşallah, faydası olacaq. Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürprizlər edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".

Mütəxəssis 4-cü "Turan Tovuz"la oyununun təxirə salınmasına münasibət bildirib: "Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm".

Q.Qurbanov VAR sisteminin gəlişindən sonra oyunlara 10-12 dəqiqə əlavə edilməsinin matçın tempini aşağı salıb-salması ilə bağlı sualı belə cavablandırıb: "Oyun həddindən artıq çox dayandı. Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək".

O, Kadi Borges, Abdullah Zubir və Ramil Şeydayevin oyuna sonradan daxil olması ilə əlaqədar deyib: "Oyunun gedişatına görə belə addım atdım. Təxmini bilirdim ki, kimlər girəcək, kimlər çıxacaq. Amma ümumi düşündüklərimdən bir az kənara çıxdım. Fanatların, gənclərin sevgisini görəndə xoş oluram. Ümumilikdə Sumqayıtda mənə münasibət həmişə yaxşı olub. Yaxşı şəhərdir, yaxşı insanları var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30