27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi”nin məğlubiyyəti haqda...

“Qələbəyə şərik çıxan çox olur, məğlubiyyət isə yetimdi”.

Dünən gecədən feysbukda yazılanları oxuduqca bir daha bu deyimin əbəs yerə söylənilmədiyinə əmin olursan. “Neftçi” haqda tənqidin, alçaltmanın biri bir qəpikdi. Klubun rəsmi səhifəsində şərh yerində hətta söyüş yazanlar da var. “Neftçi”yə sahib çıxan isə 50-100 nəfərdi, əsl azarkeşlər. Əslində təhqir yazan “azarkeşləri” də qınamaq olmur. Bu gün ölkədəki idman “jurnalistlərinin”, “mütəxəssislərin” ən azı 50 faizinin danışdığı/yazdığı “bu ki  futbolda hırnan zırı qanmır” təsiri bağışlayırsa, digərlərindən nə gözləyəsən... Bəlkə də qanırlar, amma nəyəsə, kiməsə xatir özlərini qanmır kimi göstərirlər...

Məsələn, dünən 2 real qol epizodunu qaçıran Kenni Sayefi o şansları boşa verdiyinə görə qınamaq olar. Amma “1 köpüklük oyunçu deyil” demək sadəcə ayıbdı, gülüncdü. Sayef “Aris”ə, “Rapid”ə Bakıda qol vuranda yaxşı idi, indi pis oldu? Yaxud adamı “Gent”ə, “Anderlext”ə futbolçu olmadığına görə transfer etmişdilər? Bəlkə İsrail və ABŞ-ın futbol deyil, xokkey millisində çıxış edib? Görəsən, bu günə qədər “Neftçi”də Belçika çempionu olmuş neçə futbolçu çıxış edib?

Sayef matçın sonuna yaxın qapıya dəqiq zərbə endirsəydi, Laurentsiu Regekampf yaxşı məşqçi, Kamran Quliyev yaxşı prezident, Rüstəm Allahverdiyev yaxşı mətbuat katibi olacaqdı, indi isə pisdilər? Zaur Əzizovun vasitəsi ilə “Qəbələ”də heyətə cəlb edilən legionerlərin əksəri uğurlu seçim idi. Yayda “Neftçi”yə gətirilən əcnəbilərin də səviyyəsi göz önündədi. İndi bir oyuna görə Əzizovun transferlərinə ağız büzmək hansı məntiqə sığır? Bakıda “Aris”i meydandan silən, “Rapid”i məğlub yola salan da həmin bu “Neftçi” idi. Axı Kiprdəki ilk oyundan sonra istər azarkeşlər, istər media, istər mütəxəssislər - əksəriyyət artıq “Neftçi”nin üzərindən xətt çəkmişdi. Amma komanda Bakıda nəinki kiprlilərdən həmin yenilginin əvəzini çıxdı, hətta “Rapid”ə qarşı oyunu ilə “Neftçi”sevərlərin qəlbindəki qrup mərhələsi arzusunu yenidən oyatdı. Təəssüf ki, dünən alınmadı. İndi qaçırılan şanslara görə nə qədər təəssüflənsək də, xeyri yoxdu, qatar artıq gedib. Bəli, “Neftçi” dünən zəif oynadı, bəli, Regekampfın yerində olsam, mən də Mbodju start heyətində meydana buraxmaram və s. və i.a.

Nə deyilsə də, nə yazılsa da, daha nəyisə dəyişmək mümkün deyil. Tarixdə qalan nəticədi və “Neftçi”nin bu mövsüm Konfrans Liqasındakı nəticəsi, “son dayanacağı” üçüncü mərhələ oldu. Amma buna görə “Neftçi”ni yıxıb-sürümək də haqsızlıqdı. “Qarabağ”la müqayisə etmək isə ümumiyyətlə absurddu. Qurban Qurbanovun “Qarabağ”da yaratdığı möhtəşəm sistemi, əla kollektivi qurmaq üçün “Neftçi”yə illər lazımdı. Sanki 13 yaşlı bir uşağı 2 aylıq körpə ilə müqayisə edirsiz...

Avrokuboklar mövsümünü erkən başa vursa da, “Neftçi”də inkişaf olduğu göz önündədi. Daha əvvəl də qeyd etmişdik, bu “Neftçi”yə hazırda ən çox lazım olan şey vaxtdı, zamandı. Çünki baş məşqçi kim olursa olsun, heyətə kimləri cəlb edirsən et, meydanda əsl komanda görmək üçün vaxta ehtiyac var. Bu vaxt isə təəssüf ki, 40-45 gün deyil...

İBRAHİM   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30