27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Ferentsvaroş”un kapitanı: “Daha yaxşı olan komanda irəlilədi”

“Rəqibimiz bizdən daha iradəli oynadı. Matça gərgin pressinqlə başlayan “Qarabağ” müdafiə və yarımmüdafiə xəttimizi çaş-baş saldı”.

Futbolxeber.az saytının məlumatına görə. bu sözləri “Ferentsvaroş”un kapitanı Denes Dibuş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra Macarıstan mətbuatına müsahibəsində deyib.

1:3 hesablı məğlubiyyəti şərh edən qapçı “Qarabağ”ın mərhələni keçməyə layiq olduğunu bildirib: “Onların təzyiqinə görə  topa sahib olmaq və hücum qurmaq üçün vaxtımız olmadı. Bizi təzyiq altında saxladılar ki, bu da səhvlərə yol verməyimizə səbəb oldu. “Qarabağ”ın əvvəlki görüşlərdəki kimi hücuma keçəcəyini düşünürdük. Bu üzdən daha çox əks-hücumlar üzərində məşq etdik və topu ələ keçirən kimi sürətlə irəli çıxmaq, hansı mövqelərdə qərarlaşmaq üzərində çalışdıq. Üstəlik, öncəki günlərdə diqqətimizi son zərbələrə yönəltmişdik. 1-2 real imkan yaratdıq. Bəxt bizim tərəfimizdə olsaydı, birinci hissədə hesabı bərabərləşdirə bilərdik. Amma bütövlükdə matçı nəzərə alsaq, daha yaxşı olan komanda irəlilədi”.

Dibuş Ağdam klubunun matçın başlanğıcından onlara oynamaq imkanı vermədiyinini qeyd edib: “İlk dəqiqələrdən hiss olunurdu ki, lazımi inamımız yoxdur. Artıq ilk saniyələrdən topu rəqibə atdıq. Bu cür başlanğıc mənim üçün həmişə xəbərdarlıq əlamətidir. Çünki bu, görüşə necə başlayacağımızı göstərirdi. “Qarabağ”ı dərhal təzyiq altında saxlayaraq, rəqibi müdafiədən çıxmağa qoymamalıydıq. Bu cür oyunların ilk 5-10 dəqiqəsini kritik saymaq olar. Təəssüf ki, “Qarabağ”la qarşılaşmanın hər iki hissəsinə istədiyimiz kimi başlamadıq. Düşünmürəm ki, yorğun idik. Sadəcə, “Qarabağ”ın futbolçuları daha dinamik göründülər. Rəqibimiz çox yaxşı, hər kəsin nə etdiyini bildiyi sistemdə oynadı, aqressiv və intensiv hücuma keçdi".

Komandanın kapitanı “Qarabağ”ın zəif görünən müdafiə xəttini yarmaq niyə sizə çətin oldu” sualını belə cavablandırıb: “Rəqib müdafiəsini kifayət qədər təzyiq altında saxlaya bilmədik. Oyunumuzun dinamikasına və ritminə sahib olmaq üçün lazım olan dərin ötürmə imkanlarını inkişaf etdirə bilmədik. Hücumçularımızın top qəbulu və onunla davranışı “Qarabağ”ın müdafiə xəttinə əziyyət vermədi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30