26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ozobiç: "Dzyuba gəlsə, gərək biz də maaşımızın bir hissəsini ona verək"

“O, İbrahimoviçə oxşayır. Yekəpər, sürəti az. Onunla tanış olan kimi bildim ki, gələcəyin ulduz futbolçusudur. Artyom o vaxt da zarafatçıl idi. Onunla ünsiyyət qurmaq əla idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Filip Ozobiç “Match TV”yə müsahibəsində deyib.

O, Moskva “Spartak”ında komanda yoldaşı olmuş rusiyalı hücumçu Artyom Dzyubanın “Qarabağ”a mümkün transferi haqda danışıb. Millimizin yarımmüdafiəçisi forvardın 34 yaşında olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış etdiyini bildirib:
“Gəlsə, mütləq komandada fərq yaradacaq. Yeganə problem odur ki, maaşı yüksəkdir. Onda gərək öz maaşımızın bir hissəsini ona verək (gülür). Ciddi desək, Artyom hələ də yüksək səviyyədə oynaya bilir.O, yenə də özünü göstərəcək”.

Qeyd edək ki, “Zenit”dən ayrılan Artyom Dzyuba ilə “Qarabağ” və “Neftçi”nin maraqlandığı haqda xəbərlər yayılmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30