27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Çerçesov: “Qarabağ”la oyunda 90 dəqiqə ərzində üstün olmaq istəyirik”

“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır. Biz rəqiblərlə ilk oyundan sonra onları daha yaxşı tanıyırıq. Ola bilsin ki, buna görə cavab matçını daha yaxşı keçiririk. Ancaq bunun başqa xüsusi bir səbəbi yoxdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransıda deyib.

Rusiyalı mütəxəssis zədəli futbolçuları barədə də danışıb: "Bu mövsüm artıq 6 rəsmi oyun keçirmişik. Bu üzdən zədəli futbolçunun olması normaldır. Ümid edirəm ki, zədəli oyunçularımız “Qarabağ”la matçda sərəncamımızda olacaq".

Çeçesov bildirib ki, sabahkı oyun tam fərqli olacaq: “Oyunun müəyyən anlarında deyil, 90 dəqiqə ərzində üstün olmaq istəyirik. Məqsədimiz sona qədər mübarizə aparmaq və hakimin final fitinə qədər gücdən düşməməkdir. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.

Çerçesov oyunsonrası penaltilər seriyasına da hazırlaşdıqlarını etiraf edib: “Biz bütün variantlara hazırlaşmışıq”.

Qeyd edək ki, sabah Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30