27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Regekampfın oyun öncəsi mətbuat konfransının vaxtı bilindi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Rapid” oyunu öncəsi təmsilçimizin baş məşqçisi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, tədbir avqustun 3-ü saat 17:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 18:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:15-də “Rapid”in mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 3-ü saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrindən tibbi maskadan istifadə etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30