27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Bizə hər mərhələdə ən yaxşı rəqib düşür"

“Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Macarıstanın "Ferentsvaroş” klubu ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Rəqibin baş məşqçisi Stanislav Çerçesovu tərifləyən Qurbanov öz komandasına inandığını bildirib: "Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram".

Baş məşqçi Rusiya mətbuatının sabahkı oyunu daha çox Qurban Qurbanov - Stanislav Çerçesov dueli kimi qələmə verməsinə münasibət bildirib: "Bu günlərdə mətbuatdan uzaq olmağa çalışırdım. Çünki ilk günlərdə gördüm ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəm, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçiyə qarşı oynamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq".

Q.Qurbanov ÇL oyunlarına görə çempionat matçlarının təxirə salınmasının tərəfdarı olmadığını qeyd edib: "AFFA-dan maraqlandılar ki, təxirə salmaq üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən.

Qurbanov  “Qarabağ”a bu mövsüm düşən ən güclü rəqib “Ferensvaroş”durmu" sualını belə cavablandırıb: "Bizə hər mərhələdə ən yaxşı rəqib düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, hazırda “Ferentsvaroş” daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, hədəfimiz bir o qədər az deyil".

Təcrübəli çalışdırıcı bu mövsüm ÇL-dəki oyunlarında ilk dəfə VAR sistemindən istifadə olunacağından da danışıb: "Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. Elə epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir" (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30