27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zakariassen: "Qarabağ" müdafiə olunmağı sevmir"

"Ferentsvaroş"un futbolçusu Kristofer Zakariassen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə matçlarda diqqətli oynamalı olduqlarını deyib: "Qarabağ"ı kifayət qədər analiz etmişik. Mən saata baxmadım. Amma peşəkar məşqçilər əvvəllər olduğu kimi, bu dəfə də bizə çoxlu məlumat verdilər. Bilirik ki, Azərbaycan çempionu əsasən hücum futbolu oynayır, müdafiə olunmağı sevmir. Onlar qol vəziyyətləri yaradanda, irəli gedəndə, matça nəzarət edəndə oyundan həzz alırlar. Diqqətimizi cəmləməliyik ki, çərşənbə günü "Qarabağ" öz oyununu bizə qəbul etdirməsin. Əvvəllər Azərbaycanda olmamışam, ilk dəfədir ki, ora gedirəm. İnanıram ki, evə xoş xatirələrlə qayıdacağam".

Kristofer Bakıdakı ilk matçda "Qarabağ"ın irəliyə atılacağını və hücum futbolu oynayacağını gözlədiyini bildirib: "Mən rəqibin geri çəkiləcəyini düşünmürəm. Mərhələnin ilk oyununu evdə keçirirlər. Yəqin ki, tribunada çoxlu tamaşaçı olacaq. Dediyim kimi, rəqib güclü hücumlar qurur. Azərbaycan klubu başqa taktika seçsəydi, təəccüblənərdim. Onların baş məşqçisi 2008-ci ildən bu komandanı çalışdırır. Ona görə də o, komandanı və mühiti mükəmməl bilir. Futbolçular peşəkar məşqçi heyətinin onlardan nə gözlədiyini bilirlər".

Norveçli futbolçu "Qarabağ"ın 9 dəfə Azərbaycan Premyer Liqasının qazanmasının təsadüfi olmadığını deyib: "Qarabağ" müasir üslubda futbol oynayır. “Qarabağ”ın 9 qat ölkə çempionu olması təsadüfi deyil. Son çempionatda komanda cəmi bir dəfə məğlub olub və cəmi 13 qol buraxıb. Biz isə irəliləmək üçün əlimizdən gələni etməliyik".

Kristofer Bakıda qalib gəlmək istədiklərini söyləyib: "Öz futbolumuzu oynaya bilsək, əlbəttə ki, heç-heçə bizi qane etməyəcək. Oyunu səbirsizliklə gözləyirik. Özümüzə inamımız da yerindədir".

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya isə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30