9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ayxan Abbasov: “Hər kəsi bizə güvənməyə və dəstəkləməyə çağırıram”

“Turan Tovuz” Gürcüstan təlim-məşq toplanışını başa vurub. 

Futbolxeber.az saytının məlumatına görə, 2022/23 mövsümü üçün hazırlıqların növbəti mərhələsini Tbilisidə həyata keçirən komanda 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyununda qüvvəsini sınayıb. “Merani” və “Qaqra”nı məğlub edən Tovuz klubu Tbilisi “Dinamo”suna uduzub. 

Baş məşqçi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında Gürcüstan toplanışını dəyərləndirib: “Bu təlim-məşq toplanışı bizim üçün vacib idi. Yeni formalaşan komandayıq. Çempionatın başlamasına az qalıb. Qısa müddət ərzində Gürcüstan yüksək liqa komandaları ilə oyunlarda futbolçuların bir-birinə uyğunlaşması, səhvlərimizi görmək baxımından çox vacib toplanış oldu. 

Yüksək tempdə hazırlaşdıq. Kiçik zədələrimiz də oldu, xüsusən Şakir Seyidovun zədələnməsi işlərimizə bir qədər mane oldu. Bütün heyət ideal formaya yaxınlaşmaq üçün istəklə çalışdılar. Bütün futbolçuları sınaqdan keçirmək imkanımız oldu. Heyətdə olan gənc futbolçularımız da güclü rəqiblərə qarşı özlərini müsbət tərəfdən göstərə bildilər. 

Əlbəttə, belə toplanışlarda nəticə önəmli deyil. Çempionat oyunları hamı üçün çox çətin keçəcək. Oturuşmuş heyətə malik rəqiblərlə oynayacağıq. Lakin ümid edirəm ki, layiqli mübarizə aparmağa gücümüz çatacaq. Bu gün Tbilisi toplanışını başa vurub vətənə qayıdırıq. 

2 gün istirahətdən sonra Tovuzda yenidən bir araya gəlib “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacağıq. Komanda 9 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Qısa müddətdə bəzi problemlər oldu. Təlim-məşq toplanışının tez bir zamanda təşkil olunmasında klub rəhbərliyinə, şəxsən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Səbrsizliklə azarkeşlərimizin qarşısında keçirəcəyimiz ev oyunlarını gözləyirik. Hər kəsi səbrli olmağa, bizə güvənməyə və dəstəkləməyə çağırıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31