9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Ferenstvaroş"un hücumçusu: "Qarabağ" pis komanda ola bilməz"

Macarıstan "Ferenstvaroş"unun futbolçusu Frank Boli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı hücumçu hələlik Azərbaycan çempionu barədə geniş məlumata sahib olmadığını bildirib:

"Çempionlar Liqasında asan matçlar yoxdur, “Qarabağ” haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da bizim kimi Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Ona görə də pis komanda ola bilməz.  Bu oyuna düzgün hazırlaşırıq, çərşənbə günü səfərdə oyunumuz var. O vaxta qədər peşəkar heyətdən bütün lazımi məlumatları alacağıq. Amma indi biz bazar günü ölkə çempionatının 1-ci turunun açılış oyununa diqqət yetiririk. Bu, vacib matçdır".

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31