Ölkə futbolu
Rəşad Sadıqov: “Makkabi”nin favorit sayılması normaldır”
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə evdə keçirəcəkləri ilk matç barədə fikirlərini bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis oyundan əvvəl təşkil olunan mətbuat konfransında bu sözləri deyib: “Püşk “Makkabi”ni qismətimizə gətirdi. Uzun zamandır hazırlaşırıq. Hazırlığımız sırf Konfrans Liqası yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, nəticəyə pozitiv köklənmişik”.
- “Makkabi”nin bu yaxınlarda matçını izləməyə getmişdiniz. Təəssüratlarınız maraqlıdır.
- Onların oyununu canlı izləmək istədim. Toplanışdan çox məlumat toplamaq olmur. Rəqibin baş məşqçisi də dəyişmişdi. Öyrəndikdə ki, komandanın kubok oyunu var, canlı görmək istədim. Bu səfər çox səmərəli keçdi. Heyətlərində zədəli oyunçular var, yeni transferlər ediblər. Bu səfərin nə qədər yararlı olub-olmadığını zaman göstərəcək.
- Rəhim Sadıxov sizin sisteminizdə hansı mövqedə faydalı ola bilər?
- Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim də universaldır, hər bir taktiki sxemə uyğundur.
- Rüstəm Əhmədzadənin hazırkı durumu necədir?
- Rüstəm gənc, perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq.
- Çox transfer etməməyiniz komandanın sütununu qorumaq üçün idi, yoxsa çatdıra bilmədiniz?
- Transferlər avrokuboklarla bağlı deyil. Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik və çempionatda medalın əyarı fərqli ola bilərdi. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz.
- Slavik Alxasovun transferi ehtiyat qüvvə düşüncəsi ilə edildi?
- Slaviki hələ “Sabah”a keçməzdən əvvəl də istəmişdim. Bu il artıq 4 cinah müdafiəçimiz var. Kimsə cəzalı və ya zədəli olduqda digərləri onu rahatlıqla əvəz edə biləcək. Çünki ötən mövsüm bəzən Qismət Alıyevi sol cinahda oynadırdıq.
- Rüstəm Əhmədzadənin potensialını “Qarabağ”da açmağa nə mane oldu?
- Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək.
- Mərhələ keçsəniz, çempionatda hansısa oyunun təxirə salınması üçün PFL-ə müraciət etmək fikriniz var?
- “Qarabağ” qruplara düşdükdə belə, təxirəsalmanı minimuma endirib. Bu gün heyətimiz kasaddır. Amma bu, son məsələdir. Bu gün diqqətimiz “Makkabi” ilə oyunlaradır.
- Nominal hücumçunuzun olmaması sizə problem yaratmayacaq?
- Rüstəm, Keyta hücumda oynaya bilir. Hətta, Rəhim də yalançı hücumçu mövqeyində oynaya bilər. Hücum xətti ilə bağlı problemimiz yoxdur. Paxtmann və Təmkin hazır olsaydı, heyətin kasadlığndan narahat olmazdım. Həmçinin Mirsayib Abbasov da hücumun hər iki cinahında oynaya bilir. Mən universal oyunçuları xoşlayıram. Çünki belədə bəzən gözlənilməz addım ata bilirsən.
- Ayzayanın gedişi nə ilə bağlı idi?
- Ayzaya potensial olaraq çox yaxşıdır, onu bəyənirdim. Amma müəyyən şeylər var ki, komandamda o amillər çox vacibdir. Nə qədər istedadlı olursan-ol, mənim öz prinsiplərim var. Onunla yollarımızı normal ayırdıq. Həmçinin Brayanın da şəxsi problemləri var idi, daim qayğılı idi, işinə köklənə bilmirdi. Əcnəbi futbolçudan dərhal nəticə istənilir. Belə olduğu halda hansısa oyunçunu oynatmamaq mənə ağır gəlir. İnsanlar futbola sevərək gəlir. İdmanın digər sahələrdən fərqi ondadır ki, insan bu sahəni sevərək seçir. Ondan da oynamağı əlindən alanda bu sevgidən məhrum edirsən. Kimisə oynatmağı düşünmürəmsə, öncədən ona deyirəm ki, qalıb məyus olmaqdansa, xoşbəxt olacağı yerə getsin. Bir az fərqli tipli futbolçuları xoşlayıram. Heyətimizdəki bir çox oyunçuları tanınmır, əvvəlki komandalarında heyətə düşə bilməyib.
- Cütün favoriti “Makkabi” göstərilir. Baş məşqçi kimi, komandanızı bu oyunlara hazır sayırsınız?
- Hazır olduğumuzu düşünürəm. “Makkabi”nin favorit sayılması normaldır. Daim avrokuboklarda oynayır, ölkə çempionatında iddialıdır. Məni isə sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Ondan sonra gedişata baxacağıq. Şansları bərabər görürəm. Hər şey düşündüyümüz kimi getsə, futbolçularım yaxşı oyunlarından birini göstərsə, “Makkabi”ni təəccübləndirə biləcəyik.
- Püşkatmada potensial rəqiblərdən ən yaxşısı düşdü. Buna təəssüfləndiniz, yoxsa sevindiniz?
- “Makkabi” üzərində qələbə komandanı yeni səviyyəyə çıxara bilər. Şəxsən mən oynayan vaxt da rəqib seçməmişəm. Püşkün önəmi yoxdur. Zəifə uduza və ya güclüyə qalib gələ bilərsən. Ən vacibi sənin hazırlığındır. Əminəm ki, komanda olaraq bundan daha çoxunu bacarırıq. İnşallah, sabah bunu meydanda göstərəcəyik.
- Ruslan Abışova da gələcəkdə şans verəcəksiniz?
- Planımızda var. Ruslana ötən mövsüm də şans verməyi planlaşdırırdım. Təcrübəli, usta oyunçudur. Az oynasa da, aparıcı simalarımızdan biridir. Bəzən ağlımdan keçirdi ki, Cəlala istirahət verim, Ruslanla əvəz edim. Amma limitə görə müəyyən çətinliklər yaşayırdım. Ruslan da son məşqdə zədələndi. Bir həftə, 10 gün komandadan ayrı qalacaq.
- “Qarabağ”ın güclü rəqiblər üzərində qələbəsini sizin üçün stimul saymaq olar?
- Bu, təkcə bizim yox, bütün dünya futbolu üçün stimuldur. Bir komanda güclü çempionatların klublarını məğlub edə bilirsə, deməli, məğlubedilməz rəqib yoxdur. Bəzən “Qarabağ” üstün olduğu zaman düşünürsən ki, bu rəqibi keçmək olar. Bu, “Qarabağ”ın gücüdür. Dünən də “Sürix” üzərində bəlkə fərqli nəticə olmalı idi. İnşallah, komanda bu vəziyyətdən düzgün çıxış yolu tapıb, cavab oyununda da qələbə qazanacaq. Bu amillər hamı üçün motivasiyadır. Dünyaca futbol ölkəsi kimi məşhur olmayan ölkədən çıxan klubun avrokuboklardakı nəticələri hamı üçün stimuldur, məktəbdir (apasport.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib