8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Bakı” heyətində itkilər var

“Bakı” növbəti tur qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün bir məşqlə kifayətlənib. Səhər saat 11.00-a təyin olunan hazırlıqda yüngül qaçış və isinmə hərəkətlərinə yer ayıran baş məşqçi Milinko Pantiç daha sonra yetirmələrinə toplu çalışmalar verib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığa da diqqət ayıran Pantiç daha sonra düzülmüş maneələrdən sürətli keçid tapşırığı verib. Saatyarım sürən məşq uzun ötürmələr və qapıya asmalarla başa çatıb.

Onu da qeyd edək ki, “zolaqlılar” bu görüşə itkilərlə çıxacaq. Hazırda zədə üzündən Deyvidas Çesnauskis və Elvin Əliyev kollektivdən ayrı çalışır. Mario Rubio isə son məşqdə ümumiyyətlə iştirak etməyib. Yüngül zədəsi olan yarımmüdafiəçi ambulator müayinədən keçir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31