Ölkə futbolu
Donald Gerye: “Bu günə qədər Qurbanovu ruhdan saldığım üçün təəssüflənirəm”
“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb: “Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı".
O, "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə ilk oyununu izlədiyini söyləyib: “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. Qurbanov uduzmağı bilməyən və pis oyunlardan həzz almayan biridir. “Lex” üçün 1:0 cüzi üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha irəli gedəcək. Qurban Qurbanov futbolçunu döyüşçüyə çevirə bilən təffəkkürdə adamdır. Heç kim onun kimi motivasiya etməyi bacarmır".
33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur: "Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanov Azərbaycandan kənardan çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Hətta Qurbanova Tanrı kimi yanaşırlar. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.
D.Gerye "Qarabağ"dan ayrılmasının səbəbi haqda da danışıb: "Haiti millisinin düşərgəsindən çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. "Qarabağ"ın bazasına gec gəldim. Qurban hirsləndi, haqqı var idi. Mən maliyyə cəzası aldım və ehtiyata göndərilməli idim. Dedim ki, ya qalacağam, ya da gedəcəyəm. Və mən Kiprdə oldum. Futbola gəlincə, “Qarabağ”da keçirdiyim günlərə görə heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarım hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqasını burada yaşadım və Avropa Liqasında oynadım. Orada keçirdiyim vaxt üçün darıxıram. Hətta "İnstaqram"da da Qarabağ köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir".
Futbolçu Qurban Qurbanov böyük xarizmaya malik məşqçi olduğunu söyləyib: Mən ona “Qvardiola” və ya “ata” deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı həssaslığı vardı. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım yaranmışdı. Xəyal etdiyim avtomobili almaq istəyirdim, ancaq ordan mənə dedilər ki, gözləyə bilməzlər. Klubun menecerindən ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdilər. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə o, sadəcə ah çəkdi: "Ah, Donni, Donni" - çünki əvvəllər belə deyirdi - və telefonu yığıb mühasibatlığa dedi: “Donni nə qədər istəyir, ver ona”. Və hər şeyi vaxtından əvvəl aldım. Məşqçi mənim üçün bir şərt qoydu. "Donny. Bir şey. Növbəti oyunda ən yaxşı olmalısan." Qurbanov əsl rəis idi. Qladiator. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. Kaş ki, onu ruhdan salmaya idim".
O, körpə qızının öldüyü vaxtlarda Q. Qurbanovun ona verdiyi dəstəklə bağlı deyib: "Qurbanov dedi ki, klubdan narahat olma. Klub indi sənin üçündür. Ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qal. Altı ay varsa, altı ay qal. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik. İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün mənim topa ehtiyacım var. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş kimi hiss etdim. Balkondan atılıb körpəmə qoşulmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. "Qarabağ" məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyə bilirdim. Məşqə qayıdanda Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır".
Oyunçu 2017-ci ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə heç-heçə etdikləri səfər oyununu (1:1) da xatırladıb: "Matçdan əvvəl Qurbanov bizi təlimatlandırmağa apardı. O, rəqibin videoanalizini göstərdi və necə oynayacağımızı söylədi. Bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. “Siz bunu özünüz, klub üçün etmirsiz, indi sizə göstərəcəm nə üçün edirsiz” dedi. Sonra Ağdam haqda videoyazı göstərdi. Uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm... “Bu insanlar “Qarabağ”ın “Atletiko”ya qol vurduğunu görəndə gülümsəməyə başlayacaqlar” deyə, əlavə etdi. “Atletiko” ilə matça “Barselona” kimi çıxdıq. Və oyun 1:1 hesabıyla başa çatdı”.
D.Gerye yenidən Azərbaycanda oynamaq ehtimalı ilə bağlı söyləyib: "Kaş ki hazırda “Qarabağ”da oynasaydım. Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Bu, mənim həyatdakı ən böyük səhvim kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurban Qurbanova tabe olmamağımdır. Onun bütün dediklərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi "Qarabağ"a qayıtmaq imkanım olsaydı, hətta pulsuz gedərəm. Heç vaxt oranı tərk etməzdim, çünki orada oynamaqdan həzz alırdım" (qol.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb