9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi"

"Lex"in kapitanı Maykl İshak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"a qalib gəldikləri ilk matç (1:0) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisinin oyununun onları təəccübləndirmədiyini deyib:

"Bu matç üçün yaxşı planımız var idi. Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sona qədər mübarizə apardıq və bu, qələbəyə gətirib çıxardı. “Qarabağ” bizi təəccübləndirmədi. Rəqib çox yaxşı komandadır, avrokuboklarda böyük təcrübələri var. Onlara topla oynamağa imkan verdik. Amma yaxşı nəticə əldə etdiyimiz üçün sevinirik".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31