9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Lex"in baş məşqçisi: “Bu, hər kəsin qələbəsidir"

"Oyun ərzində çox həyəcanlı idim. Düşünürəm ki, həm oyun , həm də tribunalarda bizi müşayiət edən ab-hava baxımından möhtəşəm şou idi. Əvvəl də demişdim ki, komandada oyunun ruhunu görmək olar və bu, meydanda öz təsdiqini tapdı. Futbolçular qələbəyə nə qədər önəm verdiklərini göstərdilər. Bu, hər kəsin qələbəsidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

"Oyunumuz klubun DNT-sinə uyğun deyildi, amma avrokubok matçlarının öz qaydaları var.  İlk hissədə “Qarabağ” üstün oldu. Biz də əks-hücumlarda oynamağa, boşluq axtarmağa çalışdıq. Bu, bizə qol vurmağa imkan verdi və qoldan sonra daha yaxşı oynadıq. Daha çox şansımız oldu və mən şadam ki, rəsmi debütümdə qalib gəldik" - deyə o bildirib.

Niderlandlı mütəxəssis müdafiədəki oyunları ilə fəxr etdiyini söyləyib: "Bütün komanda buna cəlb olundu. Ancaq Çempionlar Liqasında mübarizənin qaydası budur. Güclü rəqiblə matçda debüt etdim. Bu ilk oyunda qalib gəlməyi çox istəyirdim, amma hələ heç nəyi qeyd etmirik. Hər şey bir həftədən sonra həll olunacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31