9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev: “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb”

“Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, “Qaziantep”lə matçdan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini gabalafc.az-a açıqlayıb:

“Ümumilikdə komandanın oyunundan razı qaldım. Əsas məqsəd xətlərarası əlaqəni daha da yaxşılaşdırmaq idi. Meydançanın vəziyyəti yaxşı olmasa da, komanda topla daha çox oynamağa çalışırdı. İnanıram ki, komanda günlər keçdikcə optimal formaya yaxınlaşacaq. Öncə üç futbolçu transfer etmişdik - Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santos. Tanıdığımız bu üç oyunçunun adaptasiyasının tez keçəcəyini düşünürəm. Bu gün transfer etdiyimiz Feras Abu Akala gəlincə, o, istədiyim futbolçudur. Onu uzun müddətdir izləyirdim. Sevinirəm ki, komandamıza qoşulub. 

Əsas məqsəd nəticə deyil, futbolçuların lazım olan yükləməni qəbul etməsi idi. Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var. Ruan Renato və İsnik Alimi ilə maraqlanmaqları normaldır. Güvəndiyimiz futbolçulardır. “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb. Heyətimizdə onlar kimi faydalı oyunçular çoxdur”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31