9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Neftçi”nin Kvirkveliya ilə imzaladığı müqavilənin detalları açıqlandı

“Neftçi” gürcüstanlı futbolçu Solomon Kvirkveliya ilə 2 il müddətinə müqavilə imzalayıb. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Solomon Kvirkveliya Rusiyanın “Rubin” (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib.

Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31