9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Təmsilçilərimizin Konfrans Liqasındakı oyunlarının hakimləri müəyyənləşdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin “Aris”lə (Kipr), "Zirə"nin "Makkabi" ilə (Tel-Əviv, İsrail) və "Qəbələ"nin "Fehervar"la (Macarıstan) keçirəcəyi ilk matçlara hakim təyinatları açıqlanıb. 

Futbolxeber.az saytının məlumatına görə, "Neftçi"nin Larnakadakı qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcəklər. Görüşün referisi İvan Bebek olacaq. Ona yan xətt hakimləri kimi Qoran Pataki və Luka Payiç köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

"Qəbələ"nin Macarıstanda olacaq ilk oyununun referisi isveçli Kaspar Syöberqdir. Ona yan xətt hakimləri qismində Max Robin Vilde və Andreas Svensson köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.

"Zirə"nin "Makkabi" ilə ev İrlandiyaldan olan hakimlər brqiadası idarə edəcəklər. Referi Rob Hennessi olacaq. Ona yan xətt hakimləri Emmett Dynan və Dermot Broughto köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.

Qeyd edək ki, hər üç oyun iyulun 21-də keçiriləcək. "Aris" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:30-da, "Zirə" - "Makkabi" oyunu 20:00-da, "Fehervar" - "Qəbələ" görüşü isə 21:00-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31