9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm"

"Asan həyatım olmayıb. Hər zaman mübarizə aparmışam. Getdiyim hər yerdə kapitan olmuşam. Xarizmam və əvvəlki təcrübələrim sayəsində lider olmuşam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi  "ilfattoquotidiano.it" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis geniş müsahibəsində Azərbaycanla bağlı sualları da cavablandırıb. O, ailə üzvlərinin Bakıda yaşamadığını bildirib: "Azərbaycanda tək yaşayıram. Yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur. Yemək bişirməyi bilirəm və burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım".

Millimizlə 2022-ci ilin sentyabrına qədər müqaviləsi olduğunu xatırladan 66 yaşlı mütəxəssis bundan sonra da uğurlu ola biləcəyini deyib: "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31