9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qodsvey Donyo rəsmən "Neftçi"də!

“Neftçi” növbəti transferi həyata keçirib.

Futbolxeber.az saytının məlumatına görə, qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı forvard komandanın heyətində 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra - 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib. Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31