9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Fritz Stuchlik: “Pozitiv dəyişiklikləri görmək çox xoşdur”

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.

Futbolxeber.az-ın məlumatına görə, komitə sədri bununla əlaqədar affa.az-a qısa açıqlama verib:

“Son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində izlədiyimiz pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm.

Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31