8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sabahın ulduzları” turniri başladı

Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi IХ “Sabahın ulduzları” paytaxt çempionatı 24 komandanın iştirakı ilə start götürüb. Futbolxeber.az-ın məlumatına görə, turnirdə “İnter” PİK-in 2001-2002-ci il və 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət 3 komandası mübarizə aparır. Qeyd edək ki, 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar A və B qrupunda yarışacaqlar. BFF-nin Mətbuat Xidmətindən aldığımız məlumata görə, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda ilk turda “Sumqayıt”la qarşılaşıb və oyun 5:0 hesabıyla “İnter”in xeyrinə başa çatıb. Komandamızn heyətində  Ceyhun Nuriyev, Əli Nəzərov, Qafar Novruzov(2) və Miqdar Məmmədov fərqləniblər.

 2003-2004-cü il təvəllüdlü futbolçuların mübarizə apardığı A qrupunda “İnter” ilk tura qələbəylə başlayıb. Belə ki, komanda  “Qarabağ” FM ilə qarşılaşıb və “İnter” rəqibini 3 cavabsız qolla məğlub edib. Komandanın qələbə qollarını Nihat Fərəcli(2) və Vüsal Qəmbərov vurublar.

Eyni sözləri B qrupunda mübarizə aparan “İnter ulduzları” haqqında da demək olar. Belə ki, “Buzovna” ilə qarşılaşan komanda rəqibin qapısını 4 dəfə titrətməyə müvəffəq olub. “İnter ulduzları”nın heyətində Əli Tağıyev (2), Əzim Quliyev və Anar Qəniyev fərqləniblər.

Xatırladaq ki, oyunlar "Şəfa" stadionunda keçirilir.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31