27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ağabala Ramazanov: "10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq"

"Səbail"in yeni transferi Ağabala Ramazanov klubun feysbuk səhifəsinə açıqlama verib. 

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı hücumçu "Səbail"ə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

"Burada xoşbəxt günlərim olub və birlikdə gözəl qələbələr qazanmışıq. Azarkeşlər ilə də münasibətim hər zaman əla olub. Qarşıda bizi maraqlı turnir gözləyir. Fikrimcə, 10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq. Mövsümün başlamağını səbirsizliklə gözləyirəm. Qol hesabımı daha da artırmaq istəyirəm. Komandaya var gücümlə kömək etməyə çalışacağam".

Qeyd edək ki, "Zirə"dən ayrılan Ağabala iyunun 3-də "Səbail"lə müqavilə imzalayıb. O, 2018-2019-cu illərdə də bu komandada oynayıb. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30